Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb
Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb.
Pressline.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, gəmi boğazın qadağan olunmuş hissəsində hərəkət edərkən minaya düşünb.
Məlumata görə, gəmidə naviqasiya sistemləri söndürülüb, heyət isə dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb.
Xəsarət alanlar barədə məlumat verilməyib və gəminin hərəkətsiz olduğu bildirilir.








