XALİDƏ HİCRAN
HİKMƏTLİ BEYTLƏR
4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 1- ci cild.
ON YEDDİNCİ HİSSƏ
HİRS – HAMI OXUSUN
Qıcqırıb tökülsə xəmir tabaqdan,
Özü məhrum olar həmin tabaqdan.
***
Hirsin vurarsa bir gün sənin başına,
Çalış, gəlmə bir kəsin bəd qarğışına.
***
Hirsli səbir tapmasa, hirsi güc gələcək,
Qızmış hirsli bir başla xətalar törənəcək.
***
Hirsini ram etməsən, xata sovuşmayacaq,
Hirs də bir xəstəlikdir, birin yaxalayacaq.
***
Çox gördüm öz hirsini sözü ilə söyləyən,
Heç görmədim hirslini bircə nəfər bəyənən.
***
Töksən öz hirsini sən ilan tək sancıb,
Görərsən ətrafından hər bir kəs qaçıb.
***
Görmədim bəyənən hirsli sözləri,
Çünki bir hirslinin görməz gözləri.
***
Gər olsa hirsli başda bir azca ağıl,
Hirsli anda xatırlar hardadı ağıl.
***
Hirs ilə getsən əgər sən bircə yolu,
Ayağa tikan batar, görməzsən kolu.
***
Bir hirslidən soruşdum nədir xeyir- şər?
Gördüm ki, insanlıqdan qalmayıb əsər.
***
Tökdü bir kəs hirsini sağa, gah sola,
Hirsli başda kaş o an bir ağıl ola.
***
Hirsin gətirsə də ağzından köpük,
Hirsliyə nə öyüd?-o sanki kötük.
***
Görmədim hirslidə barış, mərhəmət,
Hirsini ram edən qazanar hörmət.
***
Hirs ilə çapsa biri mindiyi atı,
Ya özü yıxılacaq, yada ki atı.
***
Görsən sən dünyanı hirsli göz ilə,
Onu vəsf edərsən hirsli söz ilə.
***
Hirs ilə yanaşsan bir gözəl gülə,
İstəməz o gül də üzünə gülə.
***
Hirs ilə atılsa hər hansı addım,
Deyərsən, yadımdan çıxdı öz adım.
***
Ram edilməsə hirs gələn zaman,
Əlinə düşməz, bir də həmin an.
***
Hirs bir xəstəlikdi, kim kin saxlarsa,
Təbib tək özüdür, boşdur axtarsa.
***
Ram elə hirsini hirsi ələ al,
Hirsini unudub, bir az fikrə dal.
***
Cilovu tutmasan, şahə qalxar at,
Hirsini unut sən, bir qırağa at.
***
Hirsin öz başında dövr etsə sənin,
Ağlını başından çıxardar sənin.
***
Hirsindən qidalansa dediyin sözün,
Çoxunun halını pozarsan özün.
***
Etməsin hirsin səni məğlub heç zaman,
Çünki hirslə yaşayan törədərcək qan.
***
Hirsliyə cavab vermə, oda yağ tökmə,
Hirslini qızışdırıb, alov törətmə.
***
Yaşa dünyanı keflə, nə işin var bu hirslə?
Pis keçən günün ömrü çox uzanar bu hirslə.
***
Dünyanın var yüz üzü, utanar hirsli üzü,
Hirsi soyuyan zaman qızarar hirsli üzü.
***
Mən tapdım bu dünyada iki xoşsifət:
Kinsiz və hirssizdə xoşdur xoşxasiyyət.
***
Hirs ilə danışan unudar özünün, sözün,
İdarə edə biməz nə sözün, nə də özün.
***
Umma sən hirsli başdan bir azca ağıl,
Hirsli kəsin başında hardadı ağıl?
***
Anlatdım uzun-uzadı bir neçə kəlmə,
Hirs ürəkləri üzməsin heç ilmə-ilmə.
***
Yazdım hirsdən mən də bir azca geniş,
hirslə göyə qalxma, sən axtar eniş.
***
Nifrət etsən bir kəsə, səni kin hey kəsəcək,
O kəslə hər söhbətdə nifrətin görünəcək.
***
Kin saxlama heç kəsə, çün nifrətə dönəcək,
Nifrət etsən bir kəsə, kin doğrayıb-kəsəcək.
***
Barış içində yaşa, o baxmaz yaşa, başa,
Sən barışı bəyənsən, oxun da dəyməz daşa.
***
Etmə nifrət həyata, kin qoyma barışa çata,
Mülayim xasiyyətlə dünyanı barışla yaşa.




