media-ads-728x90
media-terane
media-ads-728x90

Ədəbiyyat  səhifəsi

————————————————

 

                                                         

 Təranə Məmməd istedaddır, Allah vergisidir.Söz, fikir, düçüncə adamıdır. Onun əsərlərini oxuyan hər bir kəs, hər bir ədəbiyyat həvəskarı bunun canlı şahidi ola bilər. Təranə xanımın zəngin mənəvi dunyası  o qədər ecazkar və füsunkar, o qədər cəlbedici və  möhtəşəmdir ki,  onun bu ədəbi və mənəvi dünyasına daxil olan insanlar dərin məna  və mahiyyət daşıyan bu gözəlliklərdən nəinki heyrətlənir, hətta  aludə olaraq onun məhvərindən çıxa bilmirlər.. Təranə xanım yzlnız bir yazıçı deyil, o, eyni zamanda fitri istedadlı şair, rəssam, tərcüməçi və musiqiçidir. O, maksimalistrdir. Onun  orta həddi yoxdur. Yəni Təranə xanım sadaladığımız  bütün dəyərlərin fövqündə dayanan bir insandlr. Mən  Tərtanə xanımı uzun illərdir ki, tanıyıram.  Sovet dövründə Moskvada  möhtəşəm bir tədbirdə – Tələbələrin və Gənclərin  12- ci Ümumdübya Festivalında ərəb dili tərcüməçisi kimi  bir yerdə işləmişik. O zaman  təmasda olduğumuz bütün əcnəbi qonaqlar və Festival iştirakçıları  Təranə xanımın  zahiri gözəlliyinə məftun olmuşdular.  Deyim ki, Təranə xanım  o gözəlliyini və təravətini indi də qoruyub saxlamaqdaddır. O vaxt Təranə xanım bədii yaradıcılıqla məşğul olmurdu. Daha doğrusu,  hərdən bir şeirlər, hekayalər yazsa da üzə çixartmırdı, təvazökarlıq edirdi. Həm də onda dövlət işində çalışırdı,  Təhlükəsizlık Komitəsində  ( İndiki Dövlət Təhlükəsizlik Xidmətinə )  işləyirdi. Yaradıcılıq üçün vaxt qalmırdı.Hazırda ehtiyatda olan polkovnik- leytenatdır. Düşünürəm ki, bu barədə geniş yazmağa ehtiyac yoxdur.

      Əziz dostlar, hörmətli oxucular Biz  “ Pressline.az “ saytı  olaraq bu gündən başlayaraq istedadlı yazıçı Təranə Məmmdin  “ SİRR”  romanını hissə- hissə  oxucularımıza təqdim edəcəyik.  İnanırıq ki, Təranə Məmmədin yaradıcılığı ilə yaxından tanış olmayan dostlarımız  tezliklə onun sevimli oxucularına çevriləcəklər. Əsərdə baş verən hadisələr, bir-birindən maraqlı obrazlar uzun müddət onların yaddaşındən silinməyəcək.

       Aşağıda tanınmış şair, istedadlı qələm sahibi, sözün həqiqi mənasında gözəl insan və əsil ziyalıı Rəfail TAĞIZADƏNİN  kitaab haqqında yazdığı  “ Zamanın açdığı sirr”ini  oxucularımızın diqqətinə çatdırırıq.

                                                                                                      Nizami TƏHMƏZOV,

                                                                    “ Pressline.az” saytlnln Təsisçisi və Məsul redakrtoru.

 

Zamanın açdığı sirr

 

Oxucunu ilk baxışdan özünə cəlb edən kitabın üz qabığı, adı olsa da, əsəri oxutduran onun ilk cümləsi, ilk səhifəsidir.

“Sirr” elə ilk cümləsindən adamın diqqətini çəkir. Oxuduqca, sevgi, sədaqət, insana qayğı, sadə ailənin səmimiyyəti, var-dövlətin xoşbəxtlik gətirməməsi kimi məqamlarla bərabər, ülvi bir eşqin və onun sirrinin şahidinə çevrilirsən.

Əsərdə ailələrdəki fərqlilik, ailədaxili münasibətlər, ailəyə və həyata fərqli baxışla həyatda gördüklərin arasında paralellik aparırsan və təsvirin real gücünü hiss edirsən.

Sevgiyə görə özünü fəda etmək, ömrünün sonuna kimi onu yaşatmaq; “sevgi ötəri hiss deyil, o ya var, ya yoxdur” fikri əsərdə özünü bir daha təsdiq edir.

Təranə Məmməd müəllif olaraq fikirlərini obrazların diliylə çatdıra bilir.

Əsərdə elə ifadələr var ki, mütləq yaddaşlara hopacaq, məqamında misal, aforizm kimi işlənəcək:

“Bəzən insan ölərkən sevdiyini yaşadır”.

“Əslində, hər kəs öz eşqini öz qəlbində dəfn edir”.

“Qadın sevərkən yaşayır”. “Qadın sevilərkən gözəlləşir”.

“İnsanlar biri-birini sevib varlıqlarıyla isidə və ruhən yaxın ola bilirlərsə, ən uzaq məsafə belə onları ayıra bilməz. Hər gün işığından və hərarətindən qidalandığımız Günəş də bizdən çox uzaqdadır…”

Fikir yığcamlığı, ifadələrin yerində işlənməsi əsəri daha oxunaqlı edir.

Əsərdəki sevgi təkcə iki şəxs arasındakı sevgi deyil, həm də vətən sevgisidir.

İçəri şəhər, onun sevgi dolu təsviri, Ay işığının bütün evlərin pəncərələrindən düşməsü, ulduzların döşəmə daşların üzərindəki parıltısı, məkan müqəddəsliyi, bu möcüzəli şəhərin atributu olan lampalar…

Keçmişlə yeniliyin paralelliyi və keçmişin xarakterə təsiri.

Bakının tərənnümü, Növruz Bayramınn özəlliyi… Hətta sevmədiyi Bakı küləyinin fərqliliyinin ifadəsi.

Xəzər, onun güzgü siması, sakitliyi və bu sakitliyi pozan qağayıların səsi elə istək və sevgiylə verilib ki, oxucu onu mütləq görməyə tələsir.

Şuşa, Qarabağ, qələbə istəyi. Qarabağ xalçalarını xatırlatmaqla ən xırda epizodlarda vətənə, doğma yurda olan sevgi və bağlılıq…

Ailələrdəki fərqli ailədaxili münasibətlər. Vara, dövlətə görə qurulan ailələrin sonunun olmaması. Həyatın sərtliyi ilə yanaşı, hərdən rəhmli məqamları…

Müəllif əsərdə biri-birindən fərqli, var-dövləti qızı qədər sevən hökmlü İradə xanım, övladları üçün canından keçməyə hazır olan sadə, səmimi və mehriban Humay xala, yeni ailəsini doğmaları qədər sevən Dilbər, sevgisinə görə dözən, gözləyən və etibarlı dost Aida, sevdiyini itirdikdən sonra baş götürüb başqa şəhərdə tənha yaşayan Rəna, sevgilisinə görə öz həyatını puç edən Ayna obrazlarını yaratmaqla qadının daxili aləmini aça bilib.

Bunlardan başqa əsas məqamlardan biri (bunu müəllifin istək və düşüncəsi kimi qəbul edirəm) sevgisinə sadiq qalan və onu ömrünün sonuna kimi unutmayan Azərbaycan kişisi, Elçin!

Rəhmətə gedən sevgilisinin qəbri üstündə olarkən ötüb-keçən bir qadının “Nəyinizdi?” sualına Elçinin cavabı adamı düşünməyə vadar edir: “Mənim heç nəyim olmadı. Amma hər kəsim olmağı bacardı”.

Aydın, anlaşıqlı dillə yazılan maraqlı əsəri oxumaq hər bir oxucunun istəyidir.

Təranə Məmmədin hekayələri kimi maraqlı “Sirr”ini də oxumağa dəyər.

Əsərin mənəvi yükü və tərbiyəvi rolu danılmazdır.

İki sevən arasındakı sirr və sevinci gözlərində donan  bu sirrin yaratdığı əlavə sirrin sonda tapışmaq sevinci sevginin ölməzliyinin nümunəsidir.

Sevənlər qovuşurlar!

Nə vaxt, necə? Bunun ən dəqiq cavabını zaman verir.

 

Rəfail TAĞIZADƏ

şair

BİRİNCİ   HİSSƏ

 

Başçılıq etdiyi şirkətdə Elçini hamı sevirdi. Bu insanın həyata baxışı, dünyagörüşü, insanlarla ünsiyyəti hamını valeh edirdi. Elçin həyatı, yaşamağı o qədər sevirdi ki, onunla təmasda olduqda insan bütün problemlərini unudub, ancaq yaşamaq, deyib-gülmək, sevinmək istəyirdi. Elçini hamı sözünün üstündə duran, dosta sədaqətli və əyilməz bir insan kimi tanıyırdı. O, insanları yaxşı tanıyar və onları həmişə olduğu kimi qəbul edərdi.

Gözlərinə diqqətlə baxdıqda, onun gözlərinin lap da rinliyində gizli bir kədər olduğunu hamı görsə də, bu çox danışmaz insan heç vaxt həyatdan, bəxtdən, taledən şikayət etməz, baş verən hadisələrə və yaranan problemlərə həmişə bir qədər fəlsəfi yanaşırdı. Öz fikirləri ni başqalarına zorla qəbul etdirməzdi. Ondan məsləhət alanlar həmişə razılıq edərdilər.

 

Son bir il Elçin üçün daha ağır oldu. Həyat yoldaşının qəfil ölümü onu çox sarsıtdı. On yeddi il bir yerdə yaşadıqdan sonra itirdiyi xanımının yoxluğu son bir ildə Elçinə vurulan ən böyük mənəvi zərbə oldu. Son günlər özünü pis hiss etdiyini heç kimə demirdi. Nə oğlu, na evində onun və oğlunun qulluğunda duran Dilbər, nə də tabeliyində olan işçilər onun səhhətində yaranan problemi hiss etmirdilər.

 

Həyat da Vətən kimidi. Vətənə qayıtmaq ehtimalı azaldıqca, onu daha çox sevirsən. Elçin də son zamanlar həyata daha çox bağlandığını hiss edir, ona elə gəlirdi ki, artıq bu həyatla vidalaşmaq vaxtı yaxınlaşır. Elçin həmişə düşünürdü ki, yaşanan hər saniyə gözəldir. Hər gün mütləq bir zaman keçmişə çevriləcək. Hətta, gələ cəyin özü də bir zaman keçmiş kimi xatırlanacaq. Nə keçmiş, nə gələcək o qədər önəmli deyil. Biri xatirə, biri arzudu. Önəmli olan bu gündü, bu andı. Məhz bu arı yaşayıb həyatdan zövq almaq lazımdı. O, bu qənaətə hə-yatında baş vermiş bir çox hadisələrdən sonra gəlmişdi.

 

Elçin Almaniyaya nəzərdə tutulan ezamiyyətə hazırlaşırdı. Eyni zamanda orada yaşayan azərbaycanlı həkim, uşaqlıq dostu Emildən səhhəti barədə məsləhət almaq istəyirdi. Çünki on ildən artıq Almaniyada yaşayıb məşhur klinikaların birində çalışan Emilin biliyinə və təcrübəsinə çox inanırdı.

 

Özünü çox pis hiss edən Elçin iş vaxtının bitməsini səbirsizliklə gözləyirdi. İşlərini yekunlaşdırıb, yorğun halda başırı əlləriylə tutub kabinetindəki divanda oturdu. Bir neçə saniyə bu vəziyyətdə qaldıqdan sonra hiss etdi ki, gözləri qaralır. Ona elə gəldi ki, yer ayağının altından qaçır. O, özünü bir qədər itirdi, çünki belə halla ilk dafa idi ki, rastlaşırdı. Bir az özünə gəldikdən sonra telefonunu götürüb Emilin nömrəsini yığdı:

 

-Qutern taq!-deyə, Emillə zarafat etdi.

-Ay, can! Necəsən, Elçin?

– Yaxşıyam. Sən necəsən?

-Əla! Hər şey yaxşıdı.

-Emil, sabah gəlirəm ora. Ezamiyyətdəyəm, bir həftə orda olacağam.

-Nə yaxşı. Bu ki, əla oldu! Gəl!

– Bura bax, məni orda bir az təmir edərsən? Nəsə narahatam, – deyə, yarıciddi, yarızarafat əlavə etdi.

-Sən narahatsan?! İnanan daşa dönsün. Sən lap aslan kimisən ki…

– Hə, elədir, amma yenə bir baxarsan.

– Gəl, əlbəttə, baxaram.

-Biletim cümə gününədi. Reysi deyərəm.

-Hə. Oldu. Cümə birisi gündür, sabah həmişəki kimi oradasan, eləmi?

– Hə. Mütləq. Sən ki bilirsən.

– Bilirəm, Elçin, bilirəm. Amma sən lap ağ edirsən.

-Axı, belə olmaz. Gör necə il keçib?

İndi ayda bir dəfə gedirəm. Amma getməsəm omaz. Söz vermişəm ona də, özümə də.

– Yaxşı. Gəl, burada danışarıq.

 

Elçin telefonu söndürüb ayağa durmaq istədi, amma yenə başı hərləndi, gözləri qaraldı. O, yenidən divana oturub dərindən nəfəs aldı. Bir az keçdikdən sonra ayağa qalxıb qapıya tərəf addımladı.

 

Bakı həmişəki kimi küləkli idi. Bu gözəl şəhərin yeganə eybi onun həmişə küləkli olmasıdır. Amma həzin xəzri də, mülayim gilavar da Bakının özünəməxsusluğu-nun göstəricisidir. Ağaclar küləyin gücündən gah sağa, gah sola əyilirdi. Küləyin səsi maşınların səsinə qarışıb qəribə bir uğultu yaradırdı. Belə havada Elçin həmişə özünü pis hiss edirdi. O, qarajdan maşınını çıxarmaq istədi, lakin maşını idarə edə bilməyəcəyini anlayıb taksi sifariş etdi.

 

Evdə halının pis olduğunu bildirməmək üçün Elçin söhbəti birisi gün gedəcəyi ezamiyyətindən saldı. Dilbər və oğlu Azad bu xəbəri sevinclə qarşıladılar. Dilbər o saat Elçinə özünü qorumaq üçün bəzi məsləhətləri ver-məyə başladı, oğlu Azad isə:

 

Ata, mən də gedərdim səninlə, amma bilirəm ki, razılıq verməzsən, – deyə atasının üzünə baxdı.

 

Atası başının işarəsiylə oğlunun fikirlərini təsdiqlədi. Sonra onlar həmişəki kimi mehribancasına çay süfrəsi arxasında əyləşdilər.

 

Şəxsi həyatında baş vermiş hadisələrlə əlaqədər Elçin gec evlənmişdi. Oğlu Azad artıq iki il idi ki, universitet tələbəsi idi. Bir il bundan əvvəl vəfat etmiş arvadı Şəmsiyyə Elçindən düz on yaş kiçik idi. Onlar tanış olanda Şəmsiyyə bilirdi ki, Elçin uzun müddət bir qadını sevib, lakin naməlum səbəbdən onunla evlənməyib. Şəmsiyyə Elçindən bu haqda heç nə soruşmamışdı və hesab edirdi ki, kifayət qədər məlumatlıdır. Elçin ailəsinə sadiq, gözəl xasiyyətli olmasıyla yanaşı Şəmsiyyə həmişə hiss edirdi ki, o, keçmişdə sevdiyi qadının xatirəsiylə yaşayır. Bütün bunlara baxmayaraq, Şəmsiyyə özünü ən xoşbəxt qadın. lardan biri hesab edirdi. Elçin çox ailəcanlı idi, oğlunu dəlicəsinə sevir. Şəmsiyyəyə həmişə qayğı göstərirdi.

 

Lakin bir gün xoşbəxtliyi Tanrı bu insanlara çox gördü və qəfil ölüm Şəmsiyyəni bu ailədən ayırdı. Artıq bir il idi ki, Elçin oğluna həm ana, həm də ata idi. O, hər dəfə oğlunun saçlarını sığallayıb deyirdi:

 

– Mənim yaraşıqlı oğlum, əgər Allah bir daha mənə qəzəblənsə, qoy bütün əzab-əziyyəti mənə versin, sənə heç nə olmasın. Mən sənsiz bu həyatda yaşaya bilmərəm.

 

Azad əvvəllər atasının nə dediyini anlamırdı, sonralar isə həmişə soruşurdu:

-Ata, Allah niyə qəzəblənməlidir ki? Biz ona neyləmişik?

Azadın bu sualı hər dəfə cavabsız qalırdı. Elçin bir söz demədən durub oğlunun alnından öpər və eyvana çıxıb papiros yandırar, uzaq keçmişini yada salardı.

Bu gün də Elçin yenə oğlunun saçlarını arxaya sığallayıb alnından öpdü:

-Oğlum, yaman böyümüsən. Mən olmasam, yəqin məni bu həyatda əvəz edə bilərsən?

Oğlu ərkiyanə:

– Güya sən olmayanda mən əvəz etmirəm səni? Hər dəfə xaricə gedəndə elə mən əvəz edirəm də səni.

– Yox, oğlum, bu olmamaq, o olmamaqdan deyil. – Allahın qəzəbindən gedir söhbət? – deyə oğlu za-rafat etdi.

-Həə. Deyəsən, elədir, deyə Elçin tam ciddi cavab verdi və hiss etdi ki, yenə gözləri qaralır. O, ayağa qalxıb eyvana çıxdı və dərindən nəfəs aldı.

Şəhərə artıq qaranlıq çökürdü. Mənzillərin pancərələrindən küçəyə yayılan işıq qaranlığı tam yara bilməsə də, insanların gəlib-getməsinə imkan yaradırdı. Elçin qarşıdakı binanın pəncərələrinə diqqətlə baxır və düşünürdü: “Yəqin bu mənzillərin hər birində bir ömür yaşanır, hər kəs öz sevinciylə, kədəriylə. Kim bilir, bəlkə bu mənzillərin birində körpə böyüyür, bəlkə, o birində ağır xəstə yaşayır? Bəlkə mənzillərin birində kimsəsiz bir insan kiminsə yolunu gözləyir?”

Mənzillərdə işıqlar yanıb-söndükcə, Elçinin fikirləri çox uzaqlarda dolaşırdı. Ona elə gəlirdi ki, bu axşam Bakıyla, doğma Xəzərlə vidalaşır. Elçin xarici ölkələrə tez-tez gedirdi, lakin heç vaxt bu dəfəki kimi darıxmamışdı. O, sanki Bakını, Xəzəri udduğu havayla birlikdə içinə çəkmək, onları özüylə aparmaq istəyirdi.

Dilbər Elçinin Almaniyaya səfərinə hazırlıq görürdü. Onun çantasına lazım olanları yığıb, çantanın ağzını hələlik açıq qoymuşdu. Çünki sonda Elçin özü mütləq çantaya baxıb sənədlərini ora əlavə etməli idi.

Elçin sabahı düşünürdü. Sabah mütləq dostu Samirin gül salonundan bir dəstə ağ gül götürüb ziyarətə getməlidi.

Uzun illərdir ki, Elçin bir zaman sevdiyi qadının məzarını ziyarət edirdi. Əvvəllər ona elə gəlirdi ki, bunu heç kim bilmir, lakin sonralar anladı ki, Şəmsiyyə da, oğlu Azad da işdən xəbərdardırlar. Şəmsiyyə oğluna ata suun gənclikdə sevdiyi bir qadının olduğunu demış va anlatmışdır ki, Elçinin keçmiş sevgisi ailə münasibətlə rinə heç cür mane olmur. Şəmsiyyə Elçinin həmin qadını unutmamağına, nəinki qarşı çıxmır, hətta onun sadiqliyi ilə qürur duyduğunu da oğluna söyləmişdi.

 

 

 


media-ads-728x90

Bənzər xəbərlər