XALİDƏ HİCRAN
HİKMƏTLİ BEYTLƏR
4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 1- ci cild.
ON ALTINCI HİSSƏ
EŞŞƏK BELƏ İTİRMƏZ
Daşları qırıb, yonub sonra evlər qurarlar,
Heç gördünmü, dağ boyda daşlardan, ev quralar?
***
Nifrəti sındır, qoyma qalaraq hiddət olsun,
Nifrətin çoxaldıqca qalıb kin-küdrət olsun.
***
Nifrət bir ot ki, əkən olmasa, heç cücərməz,
Xeyirxahlıq elə ki, eşşək belə itirməz.
***
Nifrət bənzəyər sanki torpaqdakı çayıra,
Təmizlə onu, qoyma öz cilini artıra.
***
Bil ki, nifrətlə hiddət od püskürən cəhənnəm,
Özünü uzaq tutsan, xeyirxahsan biləcəm
GÖZ YAŞI RƏGLİDİR
Axıtma gözlərindən necə gəldi göz yaşı,
Onlar da müxtəlifdir – hər cürədir göz yaşı;
***
Göz yaşı var qapqara, ya da billurtək sudan,
Göz yaşı var baxanın ürəyini qanadan.
***
Göz yaşı var rənglidir, bilinməz ağdı, qara,
Göz yaşı var axarsa, yaxşıca gələr kara.
***
Göz yaşı var ağladar, ürəkləri parçalar,
Göz yaşı var zalımın ürəyinə rəhm salar.
***
Axıtmasın heç kimsə göz yaşını ürəkdən,
Onun tək bir adı var, o yaş gəlir sevməkdən
***
Sevinir göz yaşı da, onun da ürəyi var,
Göz yaşıyla gülənin bil ki, xatirəsi var.
***
Göz yaşının yalanı, yalançısı olar çox,
O göz yaşından qorun, onun hiyləsindən qorx.
***
Əgər yalançı olsa göz yaşını axıdan,
Sanki suyu tökürsən deşilmiş aftafadan.
***
Kaş ki, nəsib olmasın kimsəyə yaş ürəkdən,
Onda inildəyəcək ürək qan-yaş tökməkdən.
***
Göz yaşıyla kam alıb, məqsədə çatmaq istər,
Gözlərini özü tək yalançı öyrədənlər.
***
Göz yaşı yaş gətirər, ürəkdən dərd sökülər,
Ağlamayan dərdli öz qəlbində daş gəzdirər.
***
Dərdini gizləsən də, aşkar edər gözlərin,
Çünki gözlər söyləyir qəlbin istədiklərin.
***
Dolsa gözlər, dübarə, axmasa, bir çarə yox.
Arsız göz yaşı görsə, onun üçün fərqi yox.
***
Bir dərd əhli olsa da cani dildən ağlayan,
Göz yaşının dili var, bilməz bunu ağladan.
***
Olsam da mən ağlağan, səbəbsiz ağlamaram,
Çəkilərəm bir küncə, xəlvətdə ağlayaram.
***
Dərd doldusa içinə, bir ağırlıq edəcək,
Hətta gözün bixəbər özü nisgil çəkəcək.
***
Baxşb, baxıb göylərə, dərindən ah çəkəcək,
Dolar buludlar kimi, qəfil sellər tökəcək.
***
Axıt dərdin var isə, qorxma kimsələr bilsə,
Göz yaşı axıtmayan varmı görən bir kimsə?
***
Təpik dəysə böyrünə, hirsindən gözün ağlar,
Qonşular yalan ağlar, doğrusun “öz”ün ağlar?
***
Göz yaşı var, ürəkdən silib atır dərdləri,
Hıçqırtıyla hayqırır, puç olsa diləkləri.
***
Göz yaşı var titrədir vicudda hər əzanı,
Adam var ki, yaş tökər eşidəndə azanı.
***
Göz yaşı var istəyir axa tənha xəlvətdə,
Onun da abırı var, səbəb arda, ismətdə.
***
Əgər istəmirsənsə görsünlər göz yaşını,
Onda sən parçalama qəlbinin dərd daşını.
***
Ürəyindən qoparıb tulla o dərd daşını,
Bax ki, əzib qanatma bir özgənin başını.
***
Ağlatmadım bir kəsi bu qoca dünyada mən,
Amma dünya ağladır məni gəldiyim gündən.
***
Kövrək qəlb sahibinin işi yaman fənadır,
Qəlbinə meh toxunsa, ürəyini qanadır.
***
Kədər şehi tökülməz dərdin olmasa, gözə,
İnsafın olsun, ürək, göz nə qədər yaş süzə?
***
Gözlərdə yaş nə gərək, yaş dilin, gərək, bilək,
Köz-köz yansa da ürək, yaş közü söndürəcək
***
Gələndə bu dünyaya ağlayırıq özümüz,
Gedəndə də ağladıb gedirik hər birimiz.
***
Ağlama, ey gözlərim, sənin də qiymətin var,
Namərd yanında sus ki, olar sənə-mənə ar.
***
Kədər bürüsə səni, göz yaşı boğar səni,
Bir gün dünyadan getsən, göz yaşı yuyar səni.
HAQQIN DANILANDA
Haqqın danılanda tapmasan səbir,
Görərsən qazıldı sənə bir qəbir.
***
İnsan pis əmələ deməz kifayət,
Etdiyin özünə sanar bir şöhrət.
***
Yaradan gecəni qaranlıq edər,
Ay-ulduzla ona aydınlıq verər.
***
Dünya da belədir- oğru, paxıl… çox,
Sanma ki, hikmətli, cəsarətli yox.
***
Olmasa pis insanlar,
Dəyər tapmaz yaxşılar.
***
Nizamı çox dəqiq tutub Yaradan,
Həm aqil xəlq edib, həm də ki, nadan!
***
Əgər ki, pis, insan dünyada yoxsa,
Bilinməz birində yaxşılıq varsa.
***
Dünyanı insançın Xaliq yaradıb,
İnsanın içinə min dünya sığıb.
***
Bir kəsin qəlbinə sən qonaq getsən,
Könül dünyasının sayın bilməzsən.
***
Kim “insanam”deyər, peşman olarsan,
Ya deyərsən:- özün insan olubsan?
***
İnsan bir ümmandır, bir kainatdır,
Torpaq da torpağa son əmanətdir.
***
Bənzəyər sanki mələyə,
Görərsən salıb kələyə.
***
İnsan var, uzaqdır, yaxın olar qohumdan,
İnsan var, yaxındır, dönüb baxmaz uzaqdan.
***
Nankor daim sənin süfrəndən yeyər,
Bir gün kürəyindən xəncər pərçimləp.
***
Cücüdən ta divəcən güc gələr, insan əzər,
İnsan etdiyinə, insanlar təəssüf edər.
***
İnsan var ki, hər kəsə verər dərd-zillət,
Özünə olandasa qopar qiyamət.
***
Öz əməlin özü görməz,
Özgə işin də bəyənməz.
***
Bu yaşacan gördüm mən nələr.., nələr!
Çoxusu insandan gələn hiylələr!
***
Yaxşı ki, Allah qorxusu var bəzi insanda,
Yoxsa insanlıqdan əsər qalmazdı cahanda.



