Şuşada məskunlaşanların sayı açıqlandı
Şuşanın işğaldan azad edildiyi günə sayılı günlər qalıb.
İşğal müddətində baxımsız şəhərə çevrilən Şuşa artıq Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilib. Maraqlıdır, zəfərdən sonra Şuşada neçə nəfər daimi məskunlaşıb?
Pressline.az xəbər verir ki, bu barədə danışan deputat Vüqar Bayramov bildirib ki,
Şuşa şəhəri daxil olmaqla Şuşa rayonunda məskunlaşma davam etdirilir:
“Növbəti Şəhər Gününə hazırlaşan Şuşa rayonu üzrə indiyədək 420 ailə və ya 1579 nəfər daimi məskunlaşıb.
Onlardan 377 ailə və ya 1411 nəfər Şuşa şəhərində yaşayır. Hazırda sözügedən rayonun Böyük Qaladərəsi kəndində 78, Kiçik Qaladərəsi kəndində isə 90 vətəndaşımız məskunlaşıb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına” uyğun olaraq məskunlaşmaya start verildi. İkinci Proqram çərçivəsində isə Şuşa rayonu daxil olmaqla işğaldan azad olunan ərazilərimizdə kütləvi məskunlaşma həyata keçiriləcək”.








