Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləği artacaq
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləği artırılır.
Pressline.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması pronozlaşdırılır.
Xatırladaq ki, 2026-cı ildə sözügedən məbləğ 600 manat olub.








