XALİDƏ HİCRAN
HİKMƏTLİ BEYTLƏR
4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 1- ci cild.
ON BEŞİNCİ HİSSƏ
DİLİM, OL DİLİM_ DİLİM
Sovur getsin aradakı soyuqluğu, şaxtanı,
Buz bağlasa aranızda, itilə buz baltanı.
***
Küsülülük kin artırır, əl-qolunu bağlayır,
Bir şirin söz kin azaldır, ürək həmən çağlayar.
***
Al bıçağı, kəs almanı, küs yesin dilim-dilim,
Acı sözdən sonra demə dilim-dilim ol, dilim.
***
Münasibət olsa gərgin, sən olma həmən qəmgin,
Amma kin saxlasan, inan, ömrünü kəsər o kin.
***
Kin- küdurət alar gücü, gücünü vermə kinə,
Çalış ki, qüvvətini kin almaya, qala sənə.
***
Xoş xasiyyət əlindədir, kin- küdrət iblisdədir,
Bacar, əlindəkin saxla, iblis, bil ki, içindədir.
***
Sənin qəlbinə əl çəkib, gecə-gündüz göz dikib,
Dilindədir, qəlbindədir, sanma səndən əl çəkib,
***
Ək arpanı, ək buğdanı, məmnun elə insanı,
Diqqət elə, qarışdırma buğda ilə arpanı.
***
İnsanlığın heç itməsin qarışan aralıqda,
Hay salma, axı nə var ki, hay-küydə, qışqırıda?
***
Asta -asta sən danış ki, bilək nədir dərd-qəmin,
Bağırma ki, şüşələri qırılacaq tövlənin.
***
Örtmə qazan qapağını, bil ətrafa baxmağı,
Sən də dadsan ac qalmağı, bilərsən doydurmağı.
***
Olma sən bir daş qəfadan, ol şirni dolu qənddan,
Qorx barı öz Allahından, danışma altdan-altdan.
***
Olsan əgər qəlbi açıq, nəyə lazım qara palçıq?
O dünyada üzün olar ağ, olsan əliaçıq.
***
Tap dözümü hər işində, nə taparsan pislikdə?
Xəsislik yox kişilikdə, mərdlik olmaz biclikdə.
***
Pulla ölçmə hər insanı, bil kimdə nə olanı,
Kim satır kərpici ucuz, kim palçığın bahalı.
***
Ol dildara, ol gülə xoş, olmazsan hər kəsə xoş,
Kimi görsə olar naxoş, kim görməsə, o naxoş.
***
Özün öz pis əməlindən çəkərsənsə xəcalət,
Onda pis iş görməzsən sən, heç zaman bil ki, əlbət.
***
Xəsis olma, ey övladım, yaman pisdi xəstəlik,
İnan xəsislik gətirər insana çox əskiklik.
***
Nəyi isə edər əskik xasiyyətdə xəsislik,
Şən nə qədər yaxşı olsan, nəyinsə olar əskik.
***
Ax bulağın gözü kimi, orda su təmiz olur
Bir-iki metr axdıqda suda nə desən olur.
***
Dərin quyuda buzxana, dağ başında buzxana,
Bircə çimdik duz verən ol, san varındır duzxana.
***
Nəyi isə edər əskik xasiyyətdə xəsislik,
Şən nə qədər yaxşı olsan, nəyinsə olar əskik.
***
Ax bulağın gözü kimi, orda su təmiz olur,
Bir-iki metr axdıqda suda nə desən olur.
***
Dərin quyuda buzxana, dağ başında buzxana,
Bircə çimdik duz verən ol, san varındır duzxana.
DOĞRU YOX ƏMƏLİNDƏ
Nə şikəst deyilsən, nə də ki naxoş,
Ömrü yaşayırsan dünyada sərxoş.
***
Sən təcrübə etsən də kimyada,
Hələ nə var bilməzsən dünyada.
***
Təəccüb sənsən, dərinə getdikcə yaxşı bilərsən,
Düz yolda olmadığını bilsən, təəssüf edərsən.
***
Gözlərin şox məsumdur, xasiyyətinsə qəyyum,
Pis əmələ sən özün deməlisən son qoyum.
***
Toyuq yumurtasından qaz altda çıxsa bala,
Toyuq cücəsi olar, olmaz o qaza bala.
***
Sən bir kəslə oturub-dursan da,
Ad sənindir, sahib durmasan da.
***
Şamları yandırsa da mütləq bir alov,
İşıq samın deyərlər, danılar alov.
***
Dağda püskürər qaz-palçıq vulkanı,
Püskürüb, incitmə məsum insanı.
***
Axıtsa da qanını bir canalan,
Sən olma insan qanına qan alan.
***
Sən heç də zamana etmə bir töhmət,
O sənin yerinə olur xəcalət.
***
Nədir bu ağırlıq, bu qara gölgə,
Bəlkə edəsən pis əmələ tövbə.
***
Yox olsun yolundan əyri olanlar,
Çəkilsin, yox olsun düz olmayanlar.
***
Sən özün özünlə söhbət et, dərdləş,
Özünə köməkçin sən çalış, əlləş.
***
Yüz insan yığılsa sənə köməyə,
Özünə etdiyin edərmi sənə?
***
İki göz yerinə üç göz də dərddir,
Dərdini üçüncü şəxs çəksə, dərddir.
***
Əməlin olarsa halal və düzgün,
Nə sən, nə başqası olmaz heç küskün.
***
İnsansan, sən bax bir öz ətrafına,
Kömək ol elinə, dost-tanışına.
***
Anladarsan qanmazı onun qandığı dildə,
Onda o anlayar ki, doğru yox əməlində.
DÖZÜM
Böyük mövqeyi vardır dözümdə bir sözün də,
Bir sözlə artıran var gücünü dözümün də.
***
İlahidən taparsan əgər özündə dözüm,
Səbrlə müşkül işlərə bir-bir taparsan çözüm.
***
Gücü olsa deyilən bir kəlmə acı sözün,
Ona da sən dözüm tap, dolmasın o qəm gözün.
***
Dözüm bir mənbədir ki, dərinliyi ümmandır,
Ona güvənməyənin işi, bil ki, yamandır.
***
Döz, dözümü tap özün, lap ucaya var özün,
Dözməyi istəməsən, yerindəcə say özün
***
Dözənlərə valehəm, özüm də dözümlüyəm,
Bu balaca vicudla pələnglərdən güclüyəm.
***
Tanrı mərhəmətidir, insana verir dözüm,
Dözümlə insan tapır müşgül işlərə çözüm.
***
Etmə, gül üzlü pəri, hirsli anda intihar,
Dözümlü olan insan hər müşgülə yol tapar.
***
Qəlbində olsa dərdin, əlbət, bularsan dərman,
İstədiyi mövqeyə çatar, istəsə insan.
***
Qəlbin sıxılsa, nə vaxt, məkanını dəyiş sən,
O məkanda sən özgə bir dünya görəcəksən.


