media-ads-728x90
media-img_8740_1794052654
media-ads-728x90

“Kəpəz” komandasının milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Pressline.az xəbər verir ki, klubdan verilən məlumata görə, Premyer Liqanın XI turunda “Neftçi” ilə qarşılaşan “sarı-göylər”in futbolçuları 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.

Plana əsasən, Gəncə kollektivi hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaq. Azər Məmmədovun rəhbərlik etdiyi komanda noyabrın 14-də Gəncə stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi “Gəncəbasar”la qüvvəsini sınayacaq.


media-ads-728x90

Bənzər xəbərlər