media-ads-728x90
media-whatsapp-image-2026-11-07-at-17-26-06
media-ads-728x90

                        HİKMƏTLİ  BEYTLƏR

                  4 cildlik “ HİKMƏT  XƏZİNƏSİ”,   1- ci cild.

                                                

              

                                                                

                                                

ON SƏKKİZİNCİ HİSSƏ

 

     

 HİSSLƏR-DUYĞULAR…

                                              

“Ağıl sənin tacındır, hissindən uca,

Hiss çılğın gəncdir, ağıl təmkinli qoca”.

***

Çırpınar düyğular dilə gələndə,

Ürək daşa dönər hiss etməyəndə.

***

Vay o gündən dona, buz bağlaya hiss,

Onda hissininizi hiss eyləməzsiz.

***

Beş duyğu verildi, beş hissi duyaq,

Hissin cilovunu ağılla tutaq.

***

Hissin həssas olsun, hirsin az olsun,

Həssaslıq hissini ortaya qoysun.

***

Hissində aldanma, həssas ol, yetər,

Hissinə aldanma, sən düz ol, yetər.

***

Həssaslıq açardır, qapılar açar,

Həsasslıq çox düyün işləri açar.

***

Arxayın olma, sirrin deyil aşkar,

Həssaslar o sirri qulaqsız duyar.

***

Həssaslıq əsadır – əlində gəzər,

Gözün görməsə də, hissin gəzdirər.

***

Həssas olan ürək insanı bəzər,

Hissiz bir ayağı hər an daş əzər.

***

Həsasslıq bir nurdur, hisslərə hakim,

Həssasa nə dərman, nə loğman-həkim?

***

Duyğun icra etsə hiss buyurduğun,

Elə dayan, basma ilan quyruğun.

***

Aldanmış hislərə olsan da təkim,

Hissində aldanma, ol ona hakim.

***

Hissinə aldanıb ağlı unutsan,

Gərək hissdən əvvəl sən oyanasan.

***

Hissini buraxsan başlı-başına,

Nə oyun var açar sənin başına.

***

Hissinə heç qoyma sən özbaşına.

Bəla olar bir özgənin başına

***

Hissini hiss eylə, ona hakim ol,

Hissinə əyilmə ona, təkim ol .

***

Hissini coşdurma, həvəsdə dayan,

Həvəsə çatmamış ağılda dayan.

***

Həvəslə ağılı sən birgə tutma,

Ağıldan sordunsa, həvəsdən sorma.

***

Ağılı unudub hissinə uyma,

Hissinə aldanıb həvəsə uyma.

***

Hansını itirsən, başa bəladır,

Onları bəxş edən Allah-taladır.

***

Gələr hər iş başa biri olmasa,

Nə edə bilərsən ağlın olmasa?

***

Ağılın hissiylə görülən iş faydadır,

Ağılsızın hissi fəlakətdir, xətadır.

***

 

          İKİ FƏRQLİ ÖLÜM VAR

                                            

Bəzən unudulmayır ölüb gedən bir insan,

Bəzən yaşarkən belə çıxır elin yadından.

***

İki fərqli ölüm var, biri diriykən ölüm,

Bunun hər ikisinə lazımdır səbr-dözüm.

***

Əsl ölü daşıyır soyuq məzara köçün,

Diriykən ölən isə daşıya bilmir yükün.

***

Əsl ölümdən betər gündə yüz dəfə ölmək,

Ömrü əzabla sürmək ölümdür, budur gerçək.

***

Bəzən mənim özüm də ölməmişdən ölürəm,

Bir öləni görəndə, bax onda dirilirəm.

***

Dərsini al, ey insan, lazımmı sağkən ölmək?

Əsl ölum gözləyir, gəl bir az deyək-gülək.

***

Könül qırıb, yanıma sən gəlmə üzüqara,

İndidən dost-tanışı gəz, axtar tap, bir ara.

***

Bir məsumu ağladıb, ona baxıb şadlanıb,

O kəslə bir dünyada yaşamaq olur ayıb.

***

Nə insanda ürək yox, nədə ki, üzdə mürvət,

Getdikcə insanlığı basır zülmət, cəhalət.

 

        İNSANLIQDAN KÜSDÜM…

                                               

Qəlbimiz də döyünür tanrının saatıyla,

Nasazlıqdan dayanmır, durur əmr vaxtıyla.

***

Qəlbimiz ömür boyu bizimlə bir addımlar,

Hirsli anda bizimlə hirslənib təbdən çıxar.

***

Qaçanda qəlbimiz də tövşüyür bizdən betər,

Dərdin sandığıdır o, yükü bizdən beşbetər,

***

Bir ovuc ürəyə biz sevgi- kin yaşadırıq,

Ürəyi daş olanın əlindən ağlayırıq.

***

Qəlb də təmizlik sevir, onu heç çirkləndirmə,

Çirkli qəlblə heç kimi özündən diksindirmə.

***

Ey gözəl insan, üzmə heç kəsi, bəs de daha!

Allahı tanı daha, bu gələr sənə baha.

***

Bu dünya doyumsuzdur insanın gözü kimi,

Nankor canlı görmədim inasanın özü kimi.

***

İnsan həyatı boyu gah şaddır, gah da qəmgin,

Güləndə gözü gülür, ağlayanda sel təkin.

***

Göz qoyduqca insana əlimə aldım qələm,

Özüm də bir insanam, istəməm geri gələm.

***

Dost var, keçir yanımdan özgə bir məxluq kimi,

Bir salamı verməyir, qılınclayır kölgəmi.

***

Bu gün səninlə dostdur, sabah yaddan çıxırsan,

Ən böyük zərbələri bəzən dəstdan alırsan.

***

Bəyənirəm dünyanı, qınayıram insanı,

Gedən üçün ağlayır, əzizləmir qalanı.

***

İnsan müdhiş varlıqdır, özü kimisi yoxdur,

Oxşarı tək özüdür, bənzər özgəsi yoxdur.

***

Neçə insan üzü var, mənə tək biri məlum,

Yüz sifəti olana üzün hər biri məlum.

Məni tənqid etsəniz, özünüzdən başlayın,

Tənqiddən qabaq olun özünüzdən arxayın.

***

Dünya ilə barışıb, işinə qarışmadım,

İnsanlıqdan küsdüm, onunla barışamadım.

***

Bu dünya ilə işim yox, insanın pisi artır çox,

Əgər düzdürsə insan, onun işi artır daha çox.

***

Nə fitnə gördümsə mən izi insanla bağlı,

Görmədim bircə ürək heyvan əlindən dağlı.

***

Özüm olsam da insan, işim olmadı asan,

Qınamasın heç məni bu günkü kimi insan.

***

Heç olmadı insanla iş rahat gələ başa,

İnsanları sevdikcə işim dirəndi daşa.

***

Yaxşı insan əlindən az qaldım burdan qaçam,

Ya da xəlvət yer gəzdim, doyunca bir ağlayam.

***

Çox varlıqlar yaratdın, ey gözəl Tanrım mənim,

Amma hey azab verdi mənə oxşarım mənim.

***

Bircə onu bilirəm, dünyada var çox insan,

İçində var onların mələklərə oxşayan.

***

Ey məleykə vücudlu, baxma elə göz ucu,

Bilinmir bu dünyanın nə başı, nə bir ucu.

***

Ömr etsəm də dünyada, öz dünyamda yaşadım,

Əgər burda tapmasan, ordadır izim, adım.

***

Salam-kalamı kəssən, bil ki, ömür kəsirsən,

Bir şirin kəlam ilə sən bağ-bağat əkirsən.

***

Ək çoxalsın bağbağat, dostun sayını çoxalt,

Ömür keçir su kimi, sonra olarcaq bevaxt.

***

Bir şirin kəlam ilə ürəklər gələr vəcdə,

Bir acı söz deyəndə min zəhmət dönür heçə.

***

Qəlbi xoşhal eyləmək əgər sənin əlində,

Qoy hamı şəfa tapsın sənin kəlmələrində.

 

 


media-ads-728x90

Bənzər xəbərlər