Texnologiya Universitetində yaşıllıqlar niyə məhv edilir? – 14 ağacın kəsilməsi suallar doğurur
Pressline.az xəbər verir ki, redaksiyanın elektron poçt ünvanına daxil olan məlumatda Azərbaycan Texnologiya Universiteti ərazisində kütləvi ağac kəsintisi aparıldığı iddia olunur.
Göndərilən video və foto materiallara əsasən, səhər saatlarında universitetin giriş hissəsində, eləcə də inzibati bina qarşısında yerləşən çoxsaylı ağacların kəsildiyi qeydə alınıb. Məlumatda bildirilir ki, proses yalnız qurumuş ağaclarla məhdudlaşmayıb, əksinə, yaşıl və sağlam ağacların da kəsilməsi faktları müşahidə olunub.
Viveo burada: https://www.youtube.com/shorts/rdanri9dsPc
İddialara görə, ümumilikdə 14 ağacın kəsilməsi baş verib. Həmçinin universitetin daxili ərazilərində yerləşən yaşıllıqların bir hissəsinin də məhv edildiyini göstərən görüntülər mövcuddur. Bu isə ictimaiyyətdə ciddi narahatlıq doğurur və ekoloji baxımdan suallar yaradır.
Məsələnin diqqət çəkən tərəflərindən biri də odur ki, iddialar Yaşar Ömərov rəhbərliyi dövründə bu proseslərin baş verdiyini önə çəkir. Halbuki, qanunvericiliyə əsasən, yaşıllıqların kəsilməsi yalnız müvafiq icazələr əsasında və əsaslandırılmış şəkildə həyata keçirilməlidir.
Digər tərəfdən, bu cür hallarda əsas nəzarətedici qurum olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hələlik hər hansı rəsmi açıqlamanın verilməməsi də sualları artırır. Nazirliyin mövqeyinin bilinməməsi ictimai narahatlığın daha da dərinləşməsinə səbəb olur.
Qeyd edək ki, əgər ərazidə həqiqətən quru və təhlükəli ağaclar mövcud idisə, onların kəsilməsi müəyyən qədər əsaslandırıla bilər. Lakin təqdim olunan materiallar yaşıl ağacların da kütləvi şəkildə məhv edildiyini göstərirsə, bu artıq ekoloji hüquq pozuntusu kimi qiymətləndirilə bilər.
Pressline.az olaraq bildiririk ki, məsələ ilə bağlı qarşı tərəfin – universitet rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Rəsmi açıqlama təqdim olunacağı təqdirdə, həmin mövqe tərəfsiz şəkildə ictimaiyyətə çatdırılacaq.
Mövzunu diqqətdə saxlayacağıq.
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
31.03.2026Yeni hərbi obyektlər istifadəyə verildi - FOTO -
23.03.2026Dünyanın ilk universiteti: Fezdə yaranan elmi mərkəz -
29.04.2026Ağsuda sosial yardım qalmaqalı: vətəndaş müraciəti, yazılı “zəmanət” və sonradan geri tələb olunan 922 manat
Xəbər lenti
-
5.05.2026Koşta İlham Əliyevin İrəvan sammitində iştirakını yüksək qiymətləndirdi
-
5.05.2026Avropa böyük dövlətlərdən asılı olmaq istəmir - Makron
-
5.05.2026Rusiya universitetləri Bolonya sistemindən çıxsa da diplomları tanınacaq
-
5.05.2026Avropa Türkiyəyə daha çox ehtiyac duyur - Ərdoğan
-
5.05.2026Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - FOTO
-
5.05.2026Sabah uşaqların I sinfə qəbulu başlayır
-
5.05.2026Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
-
5.05.2026“Şamaxı”nın evdə məğlub olduğu matç tarixə düşdü
-
5.05.2026İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə - Açıqladı
-
5.05.2026Gizlədilən silahlar üzə çıxarılır
-
5.05.2026Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib
-
5.05.2026“UĞUR 777 estetik mərkəz”dəki qanun pozuntusu ilə bağlı məhkəmə başladı
-
5.05.2026Pensiya alanlara xoş xəbər
-
5.05.2026Azərbaycanda zəlzələ olub
-
5.05.2026Neft kəskin bahalaşdı
-
5.05.2026Gəncədə süpürgəçi qadın faciəli şəkildə öldü
-
5.05.2026ABŞ və Körfəz ölkələri Hörmüz boğazı ilə bağlı BMT qətnaməsi hazırlayır
-
5.05.2026Azərbaycanda ən çox bazar payına malik smartfon markaları - SİYAHI
-
5.05.2026Tramp Zelenskini “hiyləgər” adlandırıb
-
5.05.2026Meloninin Azərbaycana səfəri başa çatdı
-
5.05.2026“SEPAH qonşularına qarşı uzun müddətdir ki, terror siyasəti aparır” -ŞƏRH
-
5.05.2026BƏƏ-də universitetlər İranın hücumlarına görə üç günlük distant təhsilə keçdi
-
5.05.2026"Prezidentin fikrini dinləmək çox maraqlı oldu" - Meloni
-
5.05.2026Braziliyada təyyarə yaşayış binasına çırpılıb, ölən və yaralananlar var
-
5.05.2026Leyla Əliyeva sərgi açılışında - FOTOLAR
-
4.05.2026Texnologiya Universitetində yaşıllıqlar niyə məhv edilir? – 14 ağacın kəsilməsi suallar doğurur
-
4.05.2026Keçmiş nazir Rahim Hüseynovla bağlı araşdırma başlandı
-
4.05.2026Azərbaycanda qar yağacaq - XƏBƏRDARLIQ
-
4.05.2026Təlim mərkəzində qumbara partladı - Kursant öldü
-
4.05.2026Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi
