Pressline.az xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.
Mütəxəssislər virusun daha geniş ərazilərə yayılma riskindən və bunun ölkə iqtisadiyyatına təsirindən narahatdırlar. Xüsusilə quşçuluq sektorunda itkilərin bazarda qiymət artımına səbəb ola biləcəyi qeyd olunur.
Xatırladaq ki, 2023-cü ildə quş qripi səbəbindən toyuqların kütləvi şəkildə məhv edilməsi Yaponiyada 1991-ci ildən bəri yumurta qiymətlərinin ən böyük artımına gətirib çıxarmışdı. Həmin dövrdə qiymətlər əvvəlki illə müqayisədə 76 faiz yüksəlmiş, bu isə bazarda ciddi təlatüm yaratmışdı. //Ajans.az
