2.07.2026

Bakıda yaşayış kompleksində yanğın

 

Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.


Pressline.az  xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən “Uğur” yaşayış kompleksində qeydə alınıb.

Binanın həyətində yerləşən məişət tullantıları yanıb. Məlumat daxil olduqdan sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutularda baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.


Yanğın nəticəsində altı ədəd plastik tullantı qutusu, yaxınlıqda park edilmiş “Audi” markalı minik avtomobilinin arxa yük hissəsi, “Nissan” və “Ford” markalı minik avtomobillərinin arxa bamperləri, eləcə də “Ford” markalı yük avtomobilinin ön bamperi yanıb.


Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər nəqliyyat vasitələri yanğından mühafizə olunub.

Xəbər lenti