Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib.
Pressline.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Təbrikdə deyilir:
“Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə sizi təbrik edir, ən xoş diləklərimi çatdırıram.
Ötən müddətdə şərəfli bir inkişaf yolu keçmiş və ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə milli maraqların qorunmasında, qanunçuluğun möhkəmləndirilməsində, asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm xidmətlər göstərmiş polis dövlətin etibarlı dayaqlarından biri olaraq formalaşmışdır.
2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətin bütün istiqamətləri üzrə davamlı surətdə yenilənmiş, təkmilləşmiş, özünü müasir təhlükəsizlik çağırışlarına adekvat cavab verməyə qadir, peşəkar insan resurslarına, qabaqcıl texnologiyalara və güclü maddi-texniki bazaya malik hüquq mühafizə institutu kimi təsdiqləmişdir. Cinayətkarlığa, onun transmilli mütəşəkkil formalarına, kibertəhdidlərə, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə və digər təhlükəli əməllərə qarşı mübarizədə üzərinə düşən vəzifələri bu gün də məsuliyyətlə yerinə yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasına, qanunçuluğun möhkəmləndirilməsinə, bərpa və quruculuq proseslərinə layiqli töhfələr verir.
Əminəm ki, andına həmişə sadiq qalan əməkdaşlarımız bundan sonra da peşəkarlıq, prinsipiallıq və yüksək məsuliyyət nümayiş etdirərək sabitliyin və ictimai təhlükəsizliyin təminatçısı kimi dövlətin və xalqın yüksək etimadını doğruldacaqlar.
Peşə bayramı münasibətilə bütün şəxsi heyətə, veteranlarımıza, xidməti vəzifələri yerinə yetirərkən sağlamlığını itirmiş əməkdaşlarımıza və şəhidlərimizin ailə üzvlərinə möhkəm can sağlığı, xidmətdə yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram!”.
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib -
2.07.2026Sabitliyin təcrübəsi, etibarlılığın ünvanı - Azərbaycan Polisi -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
28.03.2026İlham Əliyev onları təbrik etdi - FOTO -
7.05.2026Xalqımızın xilaskarı – Heydər Əliyev
Xəbər lenti
-
2.07.2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
-
2.07.2026Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşdü
-
2.07.2026Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
-
2.07.2026İyulun 12-də imtahan verəcək abituriyentlərin nəzərinə
-
2.07.2026Kiprdə Qəzza zolağı ilə bağlı planlar nəzərdən keçirilib
-
2.07.2026Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb
-
2.07.2026Alimlər: İnsan beyni yuxuda belə öyrənməyə davam edə bilər...
-
2.07.2026Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
-
2.07.2026Azərbaycan Mərkəzi Bankı (AMB) qızılın iyulun 2-nə olan rəsmi qiymətini açıqlayıb.
-
2.07.2026Bakıda avtomobilin vurduğu piyadanın ayaqları sınıb
-
2.07.2026Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin edildi
-
2.07.2026Bakıda yaşayış kompleksində yanğın
-
2.07.2026Nəm salfetlərin satışı qadağan edilir - SƏBƏB
-
2.07.2026Yasamal və Nizami rayonlarının bir hissəsində enerjinin verilişində fasilə yaranacaq
-
2.07.2026Sabitliyin təcrübəsi, etibarlılığın ünvanı - Azərbaycan Polisi
-
1.07.2026Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
-
1.07.2026Göy qurşağı necə yaranır?
-
1.07.2026"Qarabağ" böyük hesabla uduzdu
-
1.07.2026Türkiyə tranzit haqqını artırdı
-
1.07.2026Dənizə getmək üçün hansı saatlar təhlükəsizdir? - Mütəxəssis AÇIQLADI
-
1.07.2026MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirib
-
1.07.2026Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda - Foto
-
1.07.2026Biləcəridə yanğın baş verib..
-
1.07.202653 yaşlı qadın göldə batıb..
-
1.07.2026Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək.
-
1.07.2026“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı – SİYAHI
-
1.07.2026Eyfel qülləsinin hündürlüyü artır – Səbəb
-
1.07.2026Bakıda çimərliklər boş qalıb...
-
1.07.2026Rusiyadan pul köçürmələrinə vergi tətbiqi təklif olunur
-
1.07.2026Sabiq rektor vəfat etdi - FOTO
