“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
“Bir” ekosistemi ilə Xəzər Universiteti arasında tələbələrin inkişafına dəstək vermək, onları əmək bazarına hazırlamaq və universitet-biznes əməkdaşlığını gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Pressline.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə proqramları, mentorluq dəstəyi və peşəkar inkişaf təlimləri həyata keçiriləcək. Bununla da tələbələr universitetdə qazandıqları bilikləri real iş mühitində tətbiq etmək, iş dünyasını daha yaxından tanımaq və gələcək karyeralarına daha hazırlıqlı başlamaq imkanı əldə edəcəklər.
Tədbirdə “Bir” ekosisteminin rəsmi nümayəndəsi Fərid Hidayətzadə əmək bazarının ehtiyaclarına cavab verən peşəkarların hazırlanmasında universitetlə biznes arasında davamlı əməkdaşlığın vacib olduğunu vurğulayıb. “Biz inanırıq ki, yaxşı mütəxəssis auditoriyada formalaşmağa başlayır, iş həyatında isə inkişaf edir. Ona görə də biz ali məktəblərlə əməkdaşlığı təcrübə proqramı kimi yox, gələcəyin peşəkarlarına yatırım olaraq dəyərləndiririk. Hazırda “Bir” ekosistemində Xəzər Universitetinin 48 məzunu çalışır, onların 14-ü rəhbər vəzifələrdə fəaliyyət göstərir. Bu statistika universitetdə formalaşan potensialın ən yaxşı göstəricilərindən biridir. İnanıram ki, əməkdaşlığımız daha çox potensiallı gənci əmək bazarına qazandıracaq”.
Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə bildirib ki, bu gün tələbələr üçün nəzəri bilik qədər real iş təcrübəsi də vacibdir. O qeyd edib ki, universitetlə biznes arasında qurulan əməkdaşlıqlar gənclərin iş dünyasını daha yaxından tanımasına, gələcək karyera seçimlərini daha inamla etməsinə və öz potensialını daha rahat reallaşdırmasına imkan yaradır. Rektor “Bir” ekosistemi ilə əməkdaşlığın tələbələr üçün yeni inkişaf və karyera imkanları açacağına əminliyini ifadə edib.
Qeyd edək ki, “Bir” ekosistemi gənclərin peşəkar inkişafına yönələn layihələri davamlı olaraq həyata keçirir. Hazırda ekosistem bu istiqamətdə 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və bu günədək 2700-dən çox tələbə müxtəlif təcrübə proqramlarında iştirak edib. Məqsəd gənclərin real iş mühitini daha yaxından tanımasına, praktik təcrübə qazanmasına və gələcək karyeralarına daha hazırlıqlı başlamasına imkan yaratmaqdır.
“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və “m10” rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də “Trendyol Azərbaycan” və “BakıKartla” qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Bir” Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
-
3.06.2026"Yeni universitet, ölkəmizin modern təhsil xəritəsində tamamilə yeni bir intibahın təməlini qoyur" - AÇIQLAMA -
9.04.2026Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
14.03.2026Texnologiya yenilikləri: startaplar və innovativ ideyalar Azərbaycanda -
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib
Xəbər lenti
-
2.07.2026Saatda beş ölüm: ABŞ şəhərlərinin havası haqqında şok hesabat
-
2.07.2026ETN məktəblərə internet xətti çəkir: 1.79 milyon xərcləyəcək
-
2.07.2026AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
-
2.07.2026Bakı–Quba yolunda ağır qəza - ölən və yaralananlar var
-
2.07.2026Gülüş yoluxucu ola bilər – bunun elmi səbəbi var
-
2.07.2026Avropa Şurası ölkəmizlə əməkaşlığın genişlənməsinə maraqlıdır
-
2.07.2026Ağaclar da bir-biri ilə "danışa" bilir...
-
2.07.2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
-
2.07.2026Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşdü
-
2.07.2026Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
-
2.07.2026İyulun 12-də imtahan verəcək abituriyentlərin nəzərinə
-
2.07.2026Kiprdə Qəzza zolağı ilə bağlı planlar nəzərdən keçirilib
-
2.07.2026Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb
-
2.07.2026Alimlər: İnsan beyni yuxuda belə öyrənməyə davam edə bilər...
-
2.07.2026Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
-
2.07.2026Azərbaycan Mərkəzi Bankı (AMB) qızılın iyulun 2-nə olan rəsmi qiymətini açıqlayıb.
-
2.07.2026Bakıda avtomobilin vurduğu piyadanın ayaqları sınıb
-
2.07.2026Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin edildi
-
2.07.2026Bakıda yaşayış kompleksində yanğın
-
2.07.2026Nəm salfetlərin satışı qadağan edilir - SƏBƏB
-
2.07.2026Yasamal və Nizami rayonlarının bir hissəsində enerjinin verilişində fasilə yaranacaq
-
2.07.2026Sabitliyin təcrübəsi, etibarlılığın ünvanı - Azərbaycan Polisi
-
1.07.2026Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
-
1.07.2026Göy qurşağı necə yaranır?
-
1.07.2026"Qarabağ" böyük hesabla uduzdu
-
1.07.2026Türkiyə tranzit haqqını artırdı
-
1.07.2026Dənizə getmək üçün hansı saatlar təhlükəsizdir? - Mütəxəssis AÇIQLADI
-
1.07.2026MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirib
-
1.07.2026Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda - Foto
-
1.07.2026Biləcəridə yanğın baş verib..
