Avropa Şurası ölkəmizlə əməkaşlığın genişlənməsinə maraqlıdır
Avropa Şurası qitənin insan hüquqlarını müdafiə edən aparıcı təşkilatıdır və 1949-cu ildə təsis olunub. Qərargahı Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurası 46 üzv dövlətdən ibarətdir.
Avropa Şurasının məqsədlərinə insan hüquqları, plüralist demokratiya və qanunun aliliyini qorumaq, Avropanın mədəni kimliyini və müxtəlifliyini inkişaf etdirmək və təşviq etmək, Avropa cəmiyyətinin qarşılaşdığı ksenofobiya, dözümsüzlük, bioetika və klonlama, azlıqlara qarşı ayrı-seçkilik, terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq və korrupsiya, kiber cinayət, uşaqlara qarşı zorakılıq kimi problemlərə ümumi həll yollarını tapmaq missiyası, qanunvericilik və konstitusiya islahatlarını dəstəkləməklə Avropada demokratik sabitliyi möhkəmləndirmək daxildir.
Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlanılıb. Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1995-ci ilin fevral ayında AŞ Parlament Assambleyası (AŞPA) Bürosu üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın «xüsusi dəvət edilmiş qonaq» statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib. 17-18 mart 1996-cı ildə keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilib.
1996-cı ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində səylərini nəzərə alaraq, ölkəyə “xüsusi dəvət olunmuş qonaq” statusunun verilməsi haqqında qərar qəbul edib.
24-27 aprel 2001-ci ildə keçirilmiş AŞPA-nın plenar sessiyasında Azərbaycan Respublikasının bu qurumda nümayəndə heyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq tamhüquqlu üzv kimi iştirak edib. Cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində nümayəndə heyətimiz tərəfindən elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri Avropalıların diqqətinə çatdırılıb.
Sonrakı illərdə Avropa Şurası ilə ölkəmiz arasında əlaqələr inkişaf etməkdədir. Xüsusilə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolunun daha da artması ölkəmizlə qurum və bu təşkilata daxil olan ölkələrlə əlaqələrin genişlənməsinə səbəb olmuşdur.
Bu baxımdan iyulun 1-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan Respublikasına işgüzar səfəri mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək və geniştərkibdə görüşləri keçirilib, ölkə başçısı və AK rəhbəri mətbuata bəyanatla çıxış ediblər
Mətbuata açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal, dinamik dialoqun olduğunu qeyd edib. Ölkə başçısı Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı öz çıxışında vurğulayıb ki, ticarətin 70 faizdən artığı məhz Azərbaycanın payına düşür.
Bu gün Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Belə ki, Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz idxal edir və bu coğrafiyanın genişləndirilməsi üçün imkanlar vardır.
Görüş zamanı xüsusi vurğulanıb ki, enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Azərbaycan bir çox siyasi, diplomatik səylər göstərmişdir və maliyyə yatırımları etmişdir ki, müvafiq infrastruktur yaradılsın və bizim neft-qaz resurslarımız Avropaya yönlənsin. Cənub Qaz Dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir”.
Birgə mətbuat konfransında çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilk növbədə, əlbəttə ki, bu regionda baş verən məsələ - cərəyan edən proses sülh prosesi olduğunu bildirib və tarixi sülh sazişinin parafladığına görə Prezident İlham Əliyevi təbrik edib. “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır”, - deyə o qeyd edib.
Ursula Fon der Lyayen deyib ki, biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq və bu gün də, hər gün bu istiqamətdə çalışmalıyıq. “Biz bağlantı vasitəsilə sülhü təşviq etmək istərdik”, - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında mühüm məqamlara toxunub. Bildirib ki, AŞ “Qlobal Qapılar” Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağdır. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər.
“Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik”, - Ursula Fon der Lyayen bildirib.
Beləliklə, xanım Ursula Fon der Lyayenin Azərbaycana növbəti səfərinin ölkəmizlə AŞ arasında əlaqələrin daha da genilşlənməsinə səbəb olacağına ümidləri artırır. /Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü
-
16.03.2026Prezident 2 Fərman İMZALADI -
12.06.2026Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır... -
1.05.2026Kiber-zorakılıq: Onlayn Psixoloji Təhlükəsizliyi Qorumağın Yolları -
21.05.2026Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir -
1.07.2026Həbsdəki sabiq icra başçılarına azadlıq yolu
Xəbər lenti
-
2.07.2026Bağçalara elektron qəbula başlanılır
-
2.07.2026Rusiya PUA-larla Kiyevə hücum edib
-
2.07.2026Saatda beş ölüm: ABŞ şəhərlərinin havası haqqında şok hesabat
-
2.07.2026ETN məktəblərə internet xətti çəkir: 1.79 milyon xərcləyəcək
-
2.07.2026AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
-
2.07.2026Bakı–Quba yolunda ağır qəza - ölən və yaralananlar var
-
2.07.2026Gülüş yoluxucu ola bilər – bunun elmi səbəbi var
-
2.07.2026Avropa Şurası ölkəmizlə əməkaşlığın genişlənməsinə maraqlıdır
-
2.07.2026Ağaclar da bir-biri ilə "danışa" bilir...
-
2.07.2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
-
2.07.2026Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşdü
-
2.07.2026Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
-
2.07.2026İyulun 12-də imtahan verəcək abituriyentlərin nəzərinə
-
2.07.2026Kiprdə Qəzza zolağı ilə bağlı planlar nəzərdən keçirilib
-
2.07.2026Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb
-
2.07.2026Alimlər: İnsan beyni yuxuda belə öyrənməyə davam edə bilər...
-
2.07.2026Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
-
2.07.2026Azərbaycan Mərkəzi Bankı (AMB) qızılın iyulun 2-nə olan rəsmi qiymətini açıqlayıb.
-
2.07.2026Bakıda avtomobilin vurduğu piyadanın ayaqları sınıb
-
2.07.2026Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin edildi
-
2.07.2026Bakıda yaşayış kompleksində yanğın
-
2.07.2026Nəm salfetlərin satışı qadağan edilir - SƏBƏB
-
2.07.2026Yasamal və Nizami rayonlarının bir hissəsində enerjinin verilişində fasilə yaranacaq
-
2.07.2026Sabitliyin təcrübəsi, etibarlılığın ünvanı - Azərbaycan Polisi
-
1.07.2026Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
-
1.07.2026Göy qurşağı necə yaranır?
-
1.07.2026"Qarabağ" böyük hesabla uduzdu
-
1.07.2026Türkiyə tranzit haqqını artırdı
-
1.07.2026Dənizə getmək üçün hansı saatlar təhlükəsizdir? - Mütəxəssis AÇIQLADI
-
1.07.2026MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirib
