Bağçalara elektron qəbula başlanılır
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu prosesinə başlanılır.
Pressline.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 7-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 9-u saat 11:00-dan isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.
2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün elektron növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktivləşdiriləcək.
Bu il ilk dəfə olaraq qəbul prosesi "myGov" platforması üzərindən həyata keçiriləcək. Valideynlər və ya qanuni nümayəndələr "myGov" kabinetində "Xidmətlər" bölməsindən Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçərək elektron müraciət edə biləcəklər.
Qəbul sistemi vasitəsilə bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsi seçmək mümkündür. Yaradılmış növbə boş yer olduğu təqdirdə minimum beş gündən sonra sorğuya çevriləcək. Sorğu yaradıldıqdan sonra valideyn və ya qanuni nümayəndə yeddi gün ərzində tələb olunan sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir. Əks halda sorğu ləğv ediləcək və növbə üzrə digər uşağın qəbulu aparılacaq.
Bildirilib ki, ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə olunub. Həmin növbə və sorğular 2026-2027-ci tədris ili üzrə qəbul prosesində etibarlı hesab edilmir.
Xəbər lenti
-
2.07.2026Simonyan deputat mandatından imtina etdi
-
2.07.2026Diş sağlamlığına təsir edən əsas amillər açıqlandı – Alimlər gündəlik vərdişlərin əhəmiyyətini vurğulayırlar
-
2.07.2026İran və ABŞ arasında danışıqların növbəti raundu keçiriləcək
-
2.07.2026"Azərsun Holdinq" "Qafqaz Konserv Zavodu"na media tur təşkil edib
-
2.07.2026Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
2.07.2026Bağçalara elektron qəbula başlanılır
-
2.07.2026Rusiya PUA-larla Kiyevə hücum edib
-
2.07.2026Saatda beş ölüm: ABŞ şəhərlərinin havası haqqında şok hesabat
-
2.07.2026ETN məktəblərə internet xətti çəkir: 1.79 milyon xərcləyəcək
-
2.07.2026AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
-
2.07.2026Bakı–Quba yolunda ağır qəza - ölən və yaralananlar var
-
2.07.2026Gülüş yoluxucu ola bilər – bunun elmi səbəbi var
-
2.07.2026Avropa Şurası ölkəmizlə əməkaşlığın genişlənməsinə maraqlıdır
-
2.07.2026Ağaclar da bir-biri ilə "danışa" bilir...
-
2.07.2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
-
2.07.2026Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşdü
-
2.07.2026Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
-
2.07.2026İyulun 12-də imtahan verəcək abituriyentlərin nəzərinə
-
2.07.2026Kiprdə Qəzza zolağı ilə bağlı planlar nəzərdən keçirilib
-
2.07.2026Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb
-
2.07.2026Alimlər: İnsan beyni yuxuda belə öyrənməyə davam edə bilər...
-
2.07.2026Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
-
2.07.2026Azərbaycan Mərkəzi Bankı (AMB) qızılın iyulun 2-nə olan rəsmi qiymətini açıqlayıb.
-
2.07.2026Bakıda avtomobilin vurduğu piyadanın ayaqları sınıb
-
2.07.2026Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin edildi
-
2.07.2026Bakıda yaşayış kompleksində yanğın
-
2.07.2026Nəm salfetlərin satışı qadağan edilir - SƏBƏB
-
2.07.2026Yasamal və Nizami rayonlarının bir hissəsində enerjinin verilişində fasilə yaranacaq
-
2.07.2026Sabitliyin təcrübəsi, etibarlılığın ünvanı - Azərbaycan Polisi
-
1.07.2026Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
