2.07.2026

ETN məktəblərə internet xətti çəkir: 1.79 milyon xərcləyəcək

 

Elm və Təhsil Nazirliyi (ETN) orta məktəblərin internetlə təchiz edilməsi üçün elan etdiyi tenderə yekun vurub.

Pressline.az  xəbər verir ki, nazirliyin nəzdində olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsi xidmətlərini satın alıb.

Məlumatda deyilir ki, tenderin qalibi “TEXNO LYUKS M” MMC olub. ETN şirkətlə 1 milyon 790 min 255 manatlıq müqavilə bağlayıb. /Fərda Uğur


Xəbər lenti