media-ads-728x90
media-whatsapp-image-2026-10-18-at-20-30-03
media-ads-728x90

                                

                           FƏDAKAR  İNSANLAR

 

media-whatsapp-image-2026-10-18-at-20-05-47

Hər insanın həyatında elə gözlənilməz dönüşlər, elə taleyüklü təsadüflər olur ki, onu illərlə öyrəşdiyi, vərdiş etdiyi dünyadan tamamilə başqa bir aləmə aparır. İllərlə öz peşəmin, öz yaradıcılıq mühitimin içində yaşadıqdan sonra mən də birdən-birə tamamilə fərqli bir reallığa — tikintinin, söküntünün, quruculuğun, təmirin, tozun-torpağın və alın tərinin hökm sürdüyü bir ünvana gəlib çıxdım, – Şüvalana. Əvvəlcə hər şey yad görünür, amma zaman keçdikcə anlayırsan ki, həyatın əsl mərtəbəsi, sınağı məhz bu təmiz və səmimi mühitdən keçir.

Burada hər gün səhər saat doqquzdan başlayıb axşamın altısınadək qaynayan, yorulmaq bilməyən bir həyat var. Mən bu böyük fiziki tempin içində daha yüngül bir işin kulisindəyəm, amma mənim diqqətimi çəkən, qəlbimi isidən buranın əsas sahibləri — fədakar, işgüzar, işinə can yandıran səkkiz gənc oldu. Onlar sadəcə işləmirlər; işləyə- işləyə eyni zamanda burada özlərinə məxsus kiçik, lakin sarsılmaz bir qardaşlıq adası qurublar.

Nəsrətullah Nəcəfi, Rauf Məmmədov, Nurlan İbrahimov, Nicat Allahverdiyev, Valeh Hüseynov, İntiqam, Həsən… Hər birinin baxışında məsuliyyət, zəhmətkeşlik və təmiz bir vicdan işığı parıldayır. Bu gənclər dövlət sektorunda deyil, böyük bir Şirkətdə çalışırlar.  Onları bir araya gətirən  ailənin təminatı, maddi ehtiyacdırsa, ruhlandıran, qol- qanad verən, dəyərləndirən, insanı münasibətləri hər zaman üstün tutan, qədir- qiymət bilən, şirkətin səlahiyyətli nümayəndəsi Sinan bəydir. Onun sadəliyi, mənəvi zənginliydir. Sinan bəy  işçilərinə sadəcə rəhbərlik etmir; cavan olsa da  onlara ağsaqqal kimi, doğma insan kimi dayaq olur. İşçilərinə qarşı hər zaman səmimi, mədəni və mehriban davranan, onların haqqını, əməyinin qarşılığını vaxtında verən bu insan, əsl liderin və əsl azərbaycanlı kişinin mənəvi portretini yaradır. Bu kollektivdə işləmək hansısa soyuq iş yerində deyil, sanki böyük, mehriban bir ailənin süfrə arxasında əyləşməsi kimidir. Hər kəs bir-birinin çiyninə söykənir, dar gündə də, xoş gündə də bir yerdə olurlar.

Burda hər kəs öz işinin peşəkarıdır. Mənə elə gəlir ki, əgər  bu, bir tərəfdən  uzun illərin zəngin təcrübəsinin nəticəsidirsə, digər tərəfdən onların özlərinin daxili- mənəvi və əxlaqi keyfiyyətlərinin və məsuliyyət hissinin yüksəkliyiudir. Vaxt itirmək, daldalanmaq, başdansovdu işləmək bu insanlara tamamilə yaddır. Sözün həqiqi mənsında onlar halallığı, təmizliyi, düzgünlüyü sevir və bu dəyərləri özlərinin həyat idealına çevirmişlər. Bu sadə, gözəl, fədakar insanlarla yaxından tanış olduqca fərəhlənir, qürur  hisslıri keçirməyə bilmirsən. Valeh Hüseynov Ermənistanın Masis rayonundandır, Məlum hadisələrdə qaçqın həyatı yaşamağa məhkum olunub. Nicat isə Şuşadandır.Doğma  yurdlarına qayıdacağı günü səbrsizliklə gözləyir. Rauf Məmmədov fəxrlə deyir ki, mən Bakılıyam. Amma aydın olur ki, Abşeron rayonunun Saray kəndindəndir. Nurlan bəy isə Yevlaxdandır.

 

Bax, bu isti ailə mühitinin daxilində elə canlı bir əfsanə, elə bir qürur abidəsi dayanır ki, onunla nəfəs almaq, söhbət etmək insanın daxilini titrədir, millətə, torpağa olan sevgisini qat-qat artırır. Bu, Nəsrətullah Nəcəfidir.

1992-ci ildə uzaq Əfqanıstandan Azərbaycana gələn Nəsrətullah bu torpağın dərdi ilə nəfəs aldı, onun acısını öz acısı bildi. O, heç bir məcburiyyət olmadan, tamamilə könüllü şəkildə Birinci Qarabağ müharibəsinə qatıldı. Azərbaycanın azadlığı uğrunda, bu torpağın hər qarışı uğrunda  silaha sarıldı. Füzuli uğrunda gedən qanlı döyüşlərdə ağır yaralandı. Həkimlər ölümün pəncəsindən qayıdan bu igidə döyüşməyi qəti qadağan etdilər, sağlamlığına yenidən qovuşması üçün uzaq durmasını məsləhət gördülər. Amma Nəsrətullahın cavabı Vətən sevgisinin əsl tərifinə çevrildi: — Mən bura döyüşməyə gəlmişəm, daldalanmağa yox!

media-whatsapp-image-2026-10-18-at-20-11-11

Taleyin yazısına baxın ki, məhz həmin odlu-alovlu günlərdə, Füzulidə Qətibə adlı azərbaycanlı qızla ailə qurdu. Müharibə bitdi, ancaq Nəsrətullah bu torpaqdan qopmadı — buranı özünə vətən, azərbaycanlıları isə doğma qardaş bildi. Bu gün o, iki övlad atasıdır. İllər keçib, saçlarına dən düşüb, amma o, yenə də yorulmayıb; bu Şirkətdə  alın təri ilə halal çörəyini qazanır, Azərbaycan gəncləri ilə çiyin-çiyinə dostluq edir, gənc nəslə ləyaqət dərsi verir. Bir zamanlar döyüş meydanında ölümün gözünə dik baxan o igid, indi əmək cəbhəsində dürüstlüyü ilə hər kəsə örnəkdir. Gənclər də onu özlərinə ustad, ağsaqqal bilirlər. Nəsrətullah 2000-ci ildə Azərbaycan vətəndaşlığını alıb. Həyatını ömürlük Azərbaycana bağlayıb. Amma hələ də evi yoxdur, Həyat yoldaşı Qətibə xanım da Füzuli qaçqınıdır. Hazırda DRES-də Qaçqınlar Düşərgəsində yaşayırlar.Nəsrətullah deyir ki, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya iki dəfə ərizə yazmışam, amma heç birinə cavab verilməuyib. Görünür heç çatdırmayıblar. Qanuna görə bir ay müddətində ərizələrə cavab verilməlidir. Buna baxmayuaraq yenə yazacağam, çünki başqa əlacım yoxdur. Mən Mehriban xanıma çox inanıram.

İşdən sonra bu insanların üzünə baxanda düşünürsən: həyatın əsl mənası məhz bundadır. Yalanın, riyanın olmadığı, hər daşın, hər kərpicin alın tərindən süzülüb gəldiyi bu mühitdə insan özünü təmizlənmiş, azad, yüngül hiss edir. Burada yalnız torpağın qoxusu, güllərin, çiçəklərin ətri, yaşıl sərv ağaclarının əzəməti, insanı daxilən ruhlandırır, xoş hisslıər oyadır, ruh yüksəkliyi yaradır və yaşamaq eşqini daha da artır…Bu, yalandan, riyadan uzaq halal zəhmətin, alın tərinin, təmizliyin, saflığın doğurduğu xoş hisslər və onun əyani təcəssümüdür.

Onu da deyim ki, mən orda işlədiyim ərəfələrdə Birinci Qarabağ Müharibəsindən, 239 saylı Xüsusi Təyinatlı Batalyonun döyüşçüləri haqqında yazdığım iri həcmli 696 səhifəlik  “ ÖLÜMLƏ  ÜZ – ÜZƏ “” adlı bədii – publisist kitabım akademik nəşrlə  “İMZA” Nəşrlər Evi” tərəfindən çap olundu. Kitabı Şirkətin təmsilçisi Sinan bəyə hədiyyə etdim.O, əvvəlcə təəccübləndi, sonra gülümsünüb dedi:

-Yaxşı olar ki, kitabla birlikdə xatirə çəkili çəkdirək.

Bu təklif ürəyimcə olsa da duruxdum. Düzü, bunu Sinan bəydən gözləmirddım. Çünki o, məni demək olar ki, heç tanımırdı. Amma mənim ona böyük hörmətim vardı. Haqqında xoş sözlər eşitmişdim. Hiss edirdim ki, vətən, millət, xalq adamıdır. İnsanın dəyəri onun varında, dövlətində yox, insanlara, cəmiyyətə, dövlətə olan münasibətində, sevgisindədir. Sinan bəy bir ziyalı olaraq cəmiyyətə açıq adamdır. Sadəcə onu dərk etmək lazımdır. Sinan bəyin  təklifini məmnuniyyətlə qəbul etdim. Mən millətimi, xalqımı, vətənimi son dərəcə sevdiyimdan onun yaxşı, xeyirxah, alicənab, vətənpərvər insanlarını da eyni dərəcədə sevirəm. Uca Allah vətənimizi, Azərbaycanımızı qorusun!…

Sonda bu sadə, zəhmətsevər, alın təri ilə halal çörək qazanan  insanlarla təbiət qoynunda şəkil çəkdirməyi, ömrümüzün bir anını telefonlarımızın yaddaşına köçürməyi qərara aldıq. Bu, sadəcə bir məqalə deyil, həm də zamana meydan oxuyan ləyaqətə yazılmış əbədi bir abidədir.

media-whatsapp-image-2026-10-18-at-20-15-22media-whatsapp-image-2026-10-18-at-20-16-40media-whatsapp-image-2026-10-18-at-20-18-11


media-ads-728x90

Bənzər xəbərlər