ABŞ və Özbəkistan “C5+1” formatını müzakirə etdi
ABŞ-nin dövlət katibi Marko Rubio Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla görüşüb və tərəflər strateji tərəfdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.
Pressline.az xəbər verir ki, bu barədə Marko Rubio sosial media hesabında paylaşım edib.
Tərəflər infrastruktur, kosmos, kritik minerallar sahəsində əməkdaşlığı və “C5+1” diplomatik platformasını müzakirə ediblər.
“Biz hər iki ölkənin və regionun rifahını yüksəltmək üçün birlikdə çalışırıq”, – M.Rubio qeyd edib.








