media-ads-728x90
media-1792494783_853713885_28716796444679738_1805452932131688979_n
media-ads-728x90

Almaniyada yaşayan azərbaycanlı fəal Emin Milli Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qəbulunda olub.

Pressline.az xəbər verir ki, bu barədə Emin Milli sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib.

“Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşməkdən məmnun oldum. Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, Orta Dəhlizin potensialı və beynəlxalq aləmdə baş verən son hadisələr ətrafında maraqlı fikir mübadiləsi apardıq”, – o qeyd edib.


media-ads-728x90

Bənzər xəbərlər