22-04-2026, 09:00

ƏHMƏD  QÜRBƏTOVLA  SƏMİMİ SÖHBƏT

 
Az da olsa həyatda elə şərəfli insanlar var ki, onların varlığı Ulu Tanrının insanlara bəxş etdiyi  dəyərlərin, mənəvi- əxlaqi və bəşəri gözəlliklərin mücəssiməsinə çevrilir.

Pressline.az xeber verir ki, bu cür insanlar yalnız özləri üçün yaşamırlar, onlar eyni zamanda başqalarına kömək etmək, yardımçı olmaq, onları qəlbən, ruhən sevindirmək missiyasını  üzərinə götürmək  məsuliyyətini daşıyırlar. Və bunu özlərinin Uca Allahın qarşısında müqəddəs borcları hesab edirlər. Belə imanlı, irfanlı, təqvalı insanlardan biri də gözəl insan,  yüksək mədəniyyət və böyük  dəyərlər sahibi olan Əhməd Qürbətovdur. Onunla yanaşı, çiyin- çiyinə durmaq qürurvericidir.

Əhməd müəllimlə iş üstündə fasilə vaxtı Şüvalanın  bu gözəl, ecazkar və möhtəşəm  bağında xeyli gəzişdik, müxtəlif mövzularda martaqlı söhbət etdik. Onunla bir yerdə işləmək mənim üçün çox xoş oldu. Axırda yadigar üçün şəkil də çəkdirdik. Deyim ki, Əhməd müəllim neçə- neçə insanın, neçə- neçə ailənin həyatında və yaddaşında silinməz izlər buraxan böyük bir şəxsiyyətdir. 
                                                                                                   Nizami TƏHMƏZOV

 

Xəbər lenti