Oman körfəzində neft tankerinə zərbə endirildi
Oman sahillərində naməlum mərminin dəyməsi nəticəsində neft tankerində yanğın baş verib.
Pressline.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.
Hadisə Omanın Buxa bölgəsi yaxınlığında baş verib və yanğın söndürülüb.
Məlumata görə, tankerin bütün heyət üzvləri sağ-salamatdır.








