2.07.2026

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Pressline.az xəbər verir ki, baş prokuror Kamran Əliyev cari il iyulun 10-da, saat 10:00-da Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala və Qax rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Balakən rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbər lenti